Sabiha Gökçəndə bəzi reyslər təxirə salındı
Türkiyənin İstanbul şəhərində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçən hava limanında bəzi reyslər təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.
Məlumata görə, hava limanında noyabrın 25-də və 26-da bəzi reyslər ertələnəcək.