Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi X səhifəsində məlumat yayıb. Türkiyə müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.

Yaşar Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək.