Syerra-Leonenin paytaxtı Fritaundakı həbsxanaya hücum olunub.

BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində həbsxanadan 1890 məhbus qaçıb, onlardan yalnız 23-ü geri qaytarılıb.

Paytaxtdakı iğtişaşlar zamanı 13-ü hərbçi olmaqla 20 nəfər həlak olub.