Yüksək səviyyəli rəsmilərimizə ABŞ-a getmək qadağan imiş
Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qadağa qoyulubmuş.
BUTA.TV xəbər verir ki, bu, ABŞ Dövlət katibi Entoni Blinkenin İlham Əliyvə zəngi zamanı məlum olub.
Belə ki, Blinken Əliyevdən köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. İlham Əliyev isə həmin təkliflə bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılması şərti ilə razılaşıb.