Türkiyədən göndərilən heyət Qəzzaya girdi
Qəzzada qurulması planlaşdırılan səhra xəstəxanasının texniki-iqtisadi əsaslandırmasını həyata keçirəcək texniki heyət bu gün səhər saatlarında Misir üzərindən (“Rəfah” keçid məntəqəsindən – red.) Qəzzaya gedib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadla məlumat yayıb.
Heyətin rəyindən asılı olaraq xəstəxananın ən qısa zamanda istifadəyə verilməsi planlaşdırılır.
Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir