Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - Video
Cəlilabad rayonunda sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində - Heydər Əliyev prospektində qeydə alınıb.
Sürücünün idarəetməsi səbəbindən hərəkətdə olan mikroavtobus yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
İlkin informasiyaya görə, mikroavtobus fəhlələri daşıyırmış. Qəza axşam saatlarında işçilər sahədən evə aparılarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.