Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi tərəfindən görülmüş müvafiq konsulluq tədbirləri və əlaqələndirmə işləri nəticəsində, 17 iyul tarixində "Atlas Bey" gəmisinin kapitanı Səməd Nəsrullayevin cənazəsi ölkəmizə yola salınıb.

Xarici İşlər Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!