Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.

BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernator vəzifəsini icra edən Aleksandr Şuvayev deyib.

O bildirib ki, yaralılar arasında yeniyetmələr də var.

Onlar vilayət uşaq klinik xəstəxanasına çatdırılıb və yeniyetmələrdən birinin vəziyyəti ağırdır.