İsfahanda nüvə obyektləri vurulub?
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsfahanın nüvə obyektlərinə hücum edilməsi barədə xəbərləri təkzib edib.
BUTA.TV xəbər verir ki, bu barədə SEPAH-ın İsfahan vilayətinin İctimaiyyətlə Əlaqələr İdarəsi bəyanat yayıb.
“Sosial şəbəkələrdə yayılan bəzi yalan xəbərlərin əksinə olaraq, İsrail və ya ABŞ tərəfindən İsfahanın nüvə obyektlərinə hər hansı hücum həyata keçirilməyib”, - bəyanatda qeyd olunub.