Bu, Almaniya Federativ Respublikasının tarixində yaşadığımız dönüş nöqtəsidir, əsl dönüş nöqtəsidir.

BUTA.TV xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel Saksoniya-Anhalt Federal Torpağında keçirilən seçkilərin nəticəsini şərh edərkən bildirib.

"Xristian Demokrat Birlik Partiyasının (CDU) üzvü olaraq, ürəyim parçalanır, bunu deməliyəm", - Merkel vurğulayıb.

Qeyd edək ki, sentyabrın 6-da Almaniyanın Saksoniya-Anhalt Federal Torpağında keçirilən seçkilərin nəticəsində sağçı-populist Almaniya üçün Alternativ (AfD) partiyası qalib gəlib. Bu nəticə isə bütün Avropada təəccüblə qarşılanıb.