Rusiya Moldova ilə sərhəddə yerləşən Odessa bölgəsindəki Starokazaçe keçid məntəqəsinə hücum edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində keçid məntəqəsinin infrastrukturuna və ətraf əraziyə ziyan dəyib.

Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Sərhəd keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.