UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.
BUTA.TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Olaviyo Juninyo da yer alıb.
Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda "Roma"nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, "Marsel"in qabonlu forvardı Pyer-Emerik Obameyanq və "Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda "Bayer 04"ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Bayer 04" ilə "Qarabağ" arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.
- Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
- Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi
- İlham Əliyevdən futbolla bağlı - Sərəncam
- Bakıda bu avtobuslar yeni daşıyıcılara həvalə edildi
- İlham Əliyev fərman imzaladı
- Qarsdan çağırıldı - İstanbula konsul göndərildi
- Sabah dənizdə dalğa artacaq
- Bakıda güclü külək bu vaxt zəifləyəcək