Məhərrəmlik nə vaxt bitir?

01:03 - 26 İyul 2026 - GÜNDƏM

 Məhərrəmlik nə vaxt bitir?

Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar.

BUTA.TV xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.

Onun sözlərinə görə, məhərrəm ayı artıq çıxıb. Bu gün artıq səfər ayının 11-dir:

"İmamın qırxı səfər ayının 20-də çıxır. Ondan sonra da daha on gün gözlənilir. Bu il səfər ayı avqustun 13-də bitəcək. Avqustun 14-ü artıq rəbiül-əvvəl ayının biri olacaq. Bu, müsəlman təqviminin üçüncü ayıdır. Avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar".

Qeyd edək ki Azərbaycanda məhərrəm ayı iyunun 16-sı başlamışdı. Aşura günü isə 25 iyun 2026-cı il tarixinə təsadüf edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol