İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov Azərbaycan Texniki Universitetində yeni yaradılan "İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi”nə rəhbər təyin edilib.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Valyuta.az-a açıqlama verən Elṣad Məmmədov mərkəzin yaradılmasında əsas məqsədin bölgədə və dünyada baş verən iqtisadi dəyiṣikliklərin tədqiqi, təhlili və proqnozlaşdırılmasının effektiv və innovativ şəkildə həyata keçirilməsi olduğunu bildirib.
"Hazırda iqtisad elminin, müvafiq elmi yanaşmaların, analitik materialların keyfiyyətinin yüksəldilməsi zəruridir. Regionda və dünyada mürəkkəbləşən iqtisadi proseslərin təhlilində bu analitik mərkəzin mühüm rol oynayacağına ümid edirəm”, - E.Məmmədov vurğulayıb.
Qeyd edək ki, "İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi” Elm və Təhsil Nazirliyi və Texniki Universitet tərəfindən təsis edilib.
- Nazirlik bu universiteti cərimələdi
- Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc
- İrəvan danışıqlara dair sənədləri yaydı - Rusiyadan etiraz
- Uitkoff-Putin görüşünün detalları açıqlanmayacaq - Zaxarova
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama