Ukrayna Xarici İşlər Nazirliyi “İnditex” korporasiyasına məxsus brendlərin ölkəyə qayıtdığını rəsmən elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə qurumun rəsmi Teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, Ukraynaya qayıdan brendlər arasında “Zara”, ”Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius” və “Oysho” var.
Qeyd olunub ki, “Makdonalds”, “H&M” brendlərinin də ölkəyə qayıdışı gözlənilir.
Atası çevriliş cəhdinə görə həbs edildi - Oğlu prezidentliyə namizəd oldu
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı hücumu səbəbindən bir sıra məşhur brendlər Ukraynanı tərk etmək məcburiyyətində qalmışdı.
- Bakıda bu avtobuslar yeni daşıyıcılara həvalə edildi
- İlham Əliyev fərman imzaladı
- Qarsdan çağırıldı - İstanbula konsul göndərildi
- Sabah dənizdə dalğa artacaq
- Bakıda güclü külək bu vaxt zəifləyəcək
- Bakıda 33, rayonlarda 41 dərəcə isti olacaq
- Rəşad Göyüşov vəzifəsindən ayrıldı - Foto
- Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq