Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq qadın haqları təşkilatlarını Qəzzada qadın və uşaqların ölümünə susmaqda ittiham edib.
Axara.z xəbər verir ki, Ərdoğan bunu bu gün qadınlarla bağlı keçirilən tədbirdəki çıxışında deyib.
“Fələstindəki qırğınlara məhəl qoymayanlar ardıcıl, təsirli və qərəzsiz ola bilməz. Sizdən soruşuram, qadın haqları ilə bağlı hay-küy salanlar Qəzzada ölənlərin müdafiəsi üçün səslərini ucaltdılarmı? Biz diplomatik təşəbbüslərimiz və köməyimizlə Fələstində öz mövqeyimizi ortaya qoyuruq. Bəşəriyyətin qalan hissəsinə hüquqlar və qanunlar haqqında mühazirə oxuyanların İsrailin soyqırım siyasətinə qarşı hərəkətə keçdiyini görmüsünüzmü?”, - Ərdoğan bildirib.
- Bu şəxslər 7 minədək cərimələnəcək: Prezident təsdiqlədi
- Bakıda bu avtobuslar yeni daşıyıcılara həvalə edildi
- İlham Əliyev fərman imzaladı
- Qarsdan çağırıldı - İstanbula konsul göndərildi
- Sabah dənizdə dalğa artacaq
- Bakıda güclü külək bu vaxt zəifləyəcək
- Bakıda 33, rayonlarda 41 dərəcə isti olacaq
- Rəşad Göyüşov vəzifəsindən ayrıldı - Foto