Əgər bu zalda kimsə Putinin Ukraynada dayanacağını düşünürsə, əmin ola bilər ki, o, bunu etməyəcək.
BUTA.TV “Amerikanın səsi”nə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Konqresdə “Birliyin vəziyyəti” mövzusunda çıxışı zamanı deyib.
“Ancaq biz Ukraynanı dəstəkləsək və ona özünü müdafiə etmək üçün lazım olan silahları versək, Ukrayna Putini dayandıra bilər. Qlobal liderlik rolumuzdan qaçmaq istəyənlər Ukraynaya yardımın qarşısını alırlar. Mənim çoxdan tanıdığım Prezident Putinə mesajım sadədir: biz getməyəcəyik, baş əyməyəcəyik, mən baş əyməyəcəyəm”, - o bildirib.
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...