Bütün fikrimizi sabahkı matça yönəltmişik.
BUTA.TV xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu mərhələyə kimi gəlib çıxmaq Ağdam təmsilçisi üçün böyük təcrübədir: "Çox güc sərf etdik. Çətin günlərdən keçdik, əsas oyunçularımız zədələndi. Lakin nəhayət, komandamızı formalaşdıra bildik. Futbolçularıma güvənim sonsuzdur. Çünki verdiyim tapşırıqlara əməl edirlər. Təbii ki, bu da məşqçiyə əlavə motivasiya verir".
"Çalışacağıq ki, oyunun taleyini 90 dəqiqədə həll edək və əlavə vaxta ehtiyac qalmasın. Oyun sayı çoxdur, futbolçuların istirahət etməyə demək olar ki, vaxtı qalmır. Matçın 120 dəqiqə olması oyunçularımızın əleyhinə olacaq. Belə iddialı komandaya qarşı 90 dəqiqə ən yaxşı şəkildə mübarizə aparmalıyıq", - deyə çalışdırıcı əlavə edib.
Qeyd edək ki, komandalar arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk matç 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşü martın 14-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video