Əsas böyük ürəyin, mübarizliyin olmasıdır.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Bayer 04" ilə cavab oyunu barədə danışarkən deyib. Klub prezidenti komandaya uğurlar arzulayıb:
“Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan heç-heçə (2:2) göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.
"Qarabağ"ın rəsmisi komandadan əzmkar mübarizə gözlədiyini vurğulayıb:
“Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.
Ağdam təmsilçisinin paylaşımında qeyd edilib ki, Tahir Gözəl "Bayer 04"ə qarşı cavab matçını stadionda izləməyəcək. Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün klub rəsmisi Leverkuzendə keçiriləcək oyuna yollanmayıb.
Qeyd edək ki, Leverkuzendəki qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
- Tarixi saxtalaşdırmaq üçün Kərkicahanda nə ediblər? - Video
- Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi
- Bu müharibənin sülhlə ədalətli həlli yoxdur!
- Yaş həddi 70 idisə, 77 yaşlı hakim vəzifədə necə qalıb?
- Tərtər sakininin kartından 15,580 min manat oğurlandı
- Bakının Suriyada fəallaşması: Uğurlu fürsət... - Kaleci
- Tramp İlham Əliyevə məktub göndərdi
- İsrail və Türkiyə Azərbaycanda razılığa gəldi