Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze dron yük maşınına hücum edib.
BUTA.TV xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Yük maşını Belqorod rayonunun Oktyabrski kəndi ilə Yasnıye Zori kəndi arasındakı magistralın bir hissəsində hərəkət edərkən hücuma məruz qalıb.
“Partlayış nəticəsində sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib. Maşın taxıl şirkətinə məxsusdur”, - deyə vilayət qubernatoru bildirib.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
Qeyd edək ki, son sutkada Belqoroda iki raket hücumu olub, nəticədə 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
Eyni zamanda, HHM qüvvələrinin zərərsizləşdirdiyi 15 raket qalıqları sənaye müəssisələrinə, fərdi yaşayış evinə və istixanaya düşərək, dağıntılara səbəb olub.
Vilayətdə iki fərdi təsərrüfatda və bir avtomobildə müxtəlif ziyanlar aşkar edilib. Elektrik xətti də zədələnib.
- Güclü küləklə əlaqədar əhaliyə xəbərdarlıq...
- “Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - Video
- Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi
- Tramp son anda İrana hücum əmrini ləğv edibmiş
- MN həftəlik icmalını təqdim etdi - Video
- Çimərliyə gedənlərin nəzərinə!
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Xəzərdə batan şəxs müstəntiq imiş