Almaniya kansleri Olaf Şoltsun “Taurus” raketlərini Ukraynaya ötürmək istəməməsi müttəfiqlərini və bir çox alman siyasətçilərini getdikcə daha çox qıcıqlandırır və onlar bunu təhlükəli zəiflik kimi görürlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.
“Burada qəribə ironiya var. Bu onunla bağlıdır ki, Almaniya hazırda Ukrayna üçün ən böyük silah donorudur, lakin eyni zamanda həddindən artıq qorxu və strateji baxışın olmaması səbəbindən hər yerdən sarsıdıcı tənqidlərə məruz qalır”, - nəşr bildirib.
Nəşr Fransa Prezidenti Emmanuel Makronun müşavirlərindən birindən də sitat gətirib: “Putin öskürəndə, Şolts dərhal bunker axtarır”.
- Ermənistanın turizm sektoru rekord həddə yüksəldi - Bakıya görə
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!