Rusiyada seçkilər: seçici fəallığı açıqlandı

22:12 - 17 Mart 2024 - GÜNDƏM

 Rusiyada seçkilər: seçici fəallığı açıqlandı

Axşam saatlarına olan məlumata görə, Rusiyada keçirilən prezident seçkilərində ölkə üzrə ümumi seçici fəallığı 73,33% təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

"Səsvermənin gedişi 73,33% təşkil edir", - deyə bildirilib.

Məlumatlarda elektron səsvermədə seçici fəallığı nəzərə alınmır.

Belə ki, Moskva vaxtı ilə saat 20:00-a qədər Kalininqrad vilayəti istisna olmaqla, ölkənin bütün regionlarında seçki məntəqələri öz işini başa çatdırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol