Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına — Qetvikə reyslərin icrasına başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin London Qetvik aeroportuna ilk uçuşunun qarşılanması mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qetvik hava limanının aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Uir, media nümayəndələri, aviaşirkətin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Aviaşirkət Bakıdan Qetvik hava limanına reysləri həftədə üç dəfə — çərşənbə, cümə və bazar günləri yerinə yetirəcək. Yeni marşrutun açılması ilə AZAL Bakı ilə London arasında həftəlik uçuşlarının sayını 6-ya çatdırdı. Aviaşirkətin uçuş coğrafiyasının genişləndirilməsi çərçivəsində atılan bu addım sərnişinlərin artan tələbatını qarşılamaq məqsədini daşıyır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
- Arakçı Azərbaycana gəlir
- Ermənilərin məhkəməsi: Onlar bəraət almaq istəyir...
- ATƏT sədrindən Minsk qrupunun bağlanması ilə bağlı açıqlama
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video