“Yüksəliş” müsabiqəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan "Yüksəliş" intellektual kvizi - Bahar mövsümü həyata keçirilib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BUTA.TV-a verilən məlumata görə, bu il ölkəmizdə keçirilməsi planlaşdırılan COP29 tədbirinin əhəmiyyətini vurğulamaq məqsədilə ekologiya, ətraf mühitin qorunması, təbii ehtiyatlardan istifadə ilə bağlı sualların üstünlük təşkil etdiyi intellektual yarışda “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları iştirak ediblər.
Yarışda 40 komanda iştirak edib. “Yüksəliş” müsabiqəsinin yarımfinal və final mərhələsində iştirak edən gömrük əməkdaşlarının formalaşdırdığı “Smart Customs” komandası 40 komanda arasında ən yüksək nəticə ilə birinci yerin sahibi olub. “Xəzər” və “Hepta dron” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
- Tramp son anda İrana hücum əmrini ləğv edibmiş
- MN həftəlik icmalını təqdim etdi - Video
- Çimərliyə gedənlərin nəzərinə!
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Xəzərdə batan şəxs müstəntiq imiş
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
- Şəkidə qəzada ölən 24 yaşlı Mahirin - Fotosu