Moldovanın Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul ölkə Prezidenti Maya Sandunu muxtariyyət və onun rəhbəri haqqında təhqiramiz ifadələrinə görə məhkəməyə verdiyini bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat yayıb.
“Hələlik vətəndaş Sandu tərəfindən bu yalan və böhtana məhəl qoymamışam, amma bu gün o, bütün sərhədləri aşdı. Ondan qanun qarşısında cavab verməsini tələb edirəm. Vəkillərimiz 18 mart 2023-cü il tarixində mətbuat konfransında yayılan yalan və böhtanlara görə vətəndaş Maya Sanduya qarşı dərhal böhtan iddiası qaldıracaq”, - Qutsul bildirib.
O, demokratik yolla seçildiyini və muxtariyyətin rəhbəri kimi təsdiq edildiyini, seçkinin nəticələrinin Moldovanın bütün hüquqi orqanları tərəfindən tanındığını xatırladıb:
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
“Sandu tərəfindən idarə olunan prokurorlar və xüsusi xidmət orqanları seçki kampaniyasının gedişinə və ya səsvermənin nəticələrinə məhkəmədə belə etiraz etmədilər. Sandudan qalan hər şey əsassız ittiham, təhqir, paxıllıq və hücumlardır”.
Qeyd edək ki, Sandu keçirdiyi mətbuat konfransında Qutsulu hökumət üzvü təyin edən fərmanı imzalamayacağını deyib:
“Çünki o, cinayətkar qruplaşmada işləyir”.
- Sabah 40 dərəcə isti olacaq
- Yaylaq Festivalında çardaq niyə çöküb - Açıqlama
- Şəkidə maşın piyadaları vurdu: 1 ölü, 1 yaralı
- Dənizdə batan Ümid müstəntiq işləyirmiş
- Faktiki hava: 39 dərəcə isti qeydə alındı
- Bakıda evdə meyit tapıldı
- Naxçıvanda təcili yardım maşını aşdı: yaralılar var
- Xəzərdə zəlzələ oldu