Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Babək rayon Vayxır kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Lada Niva" markalı avtomobillə "Hunday Santafe" markalı avtomobil toqquşub. Hadisə nəticəsində "Lada Niva"da olan Zərifə İbrahim qızı Əliyeva, Məhəmməd Mehdixan oğlu Əhmədov və Mütəllim Xanış oğlu Əliyev ölüb. Pərvin Məhəmməd oğlu Əhmədov isə ağır bədən xəsarətləri alıb.
"Hunday Santafe"də olan 3 sərnişin - Qüdrət Mehdi oğlu Mahmudov, Qəşəm Əbülfəz oğlu Mahmudov və Seyfəli Mehdi oğlu Mahmudov ağır yaralanıb.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
- Sabah 40 dərəcə isti olacaq
- Yaylaq Festivalında çardaq niyə çöküb - Açıqlama
- Şəkidə maşın piyadaları vurdu: 1 ölü, 1 yaralı
- Dənizdə batan Ümid müstəntiq işləyirmiş
- Faktiki hava: 39 dərəcə isti qeydə alındı
- Bakıda evdə meyit tapıldı
- Naxçıvanda təcili yardım maşını aşdı: yaralılar var
- Xəzərdə zəlzələ oldu