Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmiləri, Milli Təhlükəsizlik Komitəsinin Mangistau vilayəti üzrə sərhəd xidməti və hərbi aviasiyanın iştirakı ilə Xəzər dənizinin Qazaxıstan sektorunda komanda qərargah təlimləri keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi mətbuat xidməti məlumat verib.
Dənizdə keçirilən manevrlər Hərbi Dəniz Qüvvələrinin bölmələri və sərhəd xidməti idarələrinin koordinasiyasını və praktiki idarəetmə bacarıqlarını təkmilləşdirmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq məqsədi daşıyır. Təlimlərə Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan”, “Saryarka”, “Mangistau” raket-artilleriya gəmiləri, “Alatau” minaaxtaran gəmisi, “Sergek”, “Kaysar” təxribat əleyhinə katerləri, Sərhəd Xidmətinin gəmi və katerləri və hərbi aviasiya cəlb olunub.
Təlimlərdə iştirak edənlərin ümumi sayı min nəfərdən çox olub.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Sabah 40 dərəcə isti olacaq
- Yaylaq Festivalında çardaq niyə çöküb - Açıqlama
- Şəkidə maşın piyadaları vurdu: 1 ölü, 1 yaralı
- Dənizdə batan Ümid müstəntiq işləyirmiş
- Faktiki hava: 39 dərəcə isti qeydə alındı
- Bakıda evdə meyit tapıldı
- Naxçıvanda təcili yardım maşını aşdı: yaralılar var
- Xəzərdə zəlzələ oldu