Rusiya boksçuları Paris-2024 Yay Olimpiya Oyunlarının təsnifat turnirində iştirak etməyəcək.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, bunu Rusiya Boks Federasiyasının baş katibi Tatyana Kiriyenko açıqlayıb.
O bildirib ki, boksçular neytral statusda qatılmayacaqlar: “Rusiya boksçuları heç vaxt yarışlara neytral statusda getməyəcək. Biz öz vətənimizə xəyanət edə bilmərik. Heç kimi ittiham etmirik, amma dəqiq formalaşmış mövqeyimiz var. Bu, bütün boks ailəsinin fikridir”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi 2023-cü il dekabrın 8-də verdiyi qərarla Rusiya və Belarus idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarına neytral statusda qatılmasına icazə verib.
“Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Dənizdə batan Ümid müstəntiq işləyirmiş
- Faktiki hava: 39 dərəcə isti qeydə alındı
- Bakıda evdə meyit tapıldı
- Naxçıvanda təcili yardım maşını aşdı: yaralılar var
- Xəzərdə zəlzələ oldu
- İranla bağlı həmin məsələdən narahatdır
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video