Rusiya 130 raket, 900-ə yaxın aviasiya bombası atdı

01:36 - 20 Mart 2024 - GÜNDƏM

 Rusiya 130 raket, 900-ə yaxın aviasiya bombası atdı

Martın əvvəlindən Rusiya Ukraynaya qarşı müxtəlif tipli 130 raket, eləcə də 900-ə yaxın idarəolunan aviasiya bombası atıb.

BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram hesabında paylaşı.

Prezidentin sözlərinə görə, Rusiya hər gün və hər gecə ukraynalılara qarşı pilotsuz təyyarələrdən, raketlərdən istifadə edir. Yalnız bu ayın əvvəlindən Rusiya Ukraynaya 320 “Şahid” kamikadze dronu göndərib.

Zelenskinin fikrincə, Ukrayna sübut etdi ki, düşmən raketlərini və pilotsuz təyyarələrini effektiv şəkildə vura bilir, həmçinin Rusiya hərbi təyyarələrini məhv edə bilir. Bu, minlərlə insanın həyatını xilas edir və Ukrayna iqtisadiyyatının fəaliyyətini davam etdirməsinə imkan verir.

"Ancaq bizim daha çox müdafiəyə – tərəfdaşlarımızın çox real sayı olan hava hücumundan müdafiə sistemlərinə ehtiyacımız var”, - Zelenski əlavə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol