AB missiyası regionda gərginliyi artırır - Zaxarova

16:28 - 20 Mart 2024 - GÜNDƏM

 AB missiyası regionda gərginliyi artırır - Zaxarova

Avropa Birliyinin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycanla bağlı casusluq edir, regionda gərginliyi artırır.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Ermənistan ərazisindən AB missiyası ölkəmiz, İran və Azərbaycan haqqında casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına, hətta geridönməz nəticələrə gətirib çıxara bilər”, - o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Bakı ilə İrəvan arasında “münasibətlərin həlli resepti” Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əməl etməkdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol