Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya gedəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi Birliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley sammitində iştirak edəcək.
Lakin Ermənistan baş nazirinin 9 May Qələbə bayramına həsr olunmuş illik tədbirlərdə iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib.
"Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətinə baxsaq, bu ağlabatan deyil", - nəşr yazıb.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video