Polis mayoru Azər Mehdiyev Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
BUTA.TV Apa-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, A. Mehdiyev bu təyinata qədər Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub.
Xatırladaq ki, Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin bundan əvvəlki rəisi Samir Quliyev sərəncama götürülüb.
- Hikmət Hacıyev və Qriqoryan Dohada görüşəcək
- Mirzoyan azərbaycanlılara çağırış etdi: Bizə dəstək olun!
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da