Rusiya ərazilərinin bir hissəsi indi faktiki olaraq Kiyev rejimi tərəfindən işğal olunub, yeni bölgələri azad etmək və oradakı insanları qorumaq lazımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya Federasiyasinın dörd yeni subyekti var. İndi əsas məsələ bu bölgələrdəki insanları qorumaq və hazırda Kiyev rejimi tərəfindən faktiki işğal olunmuş bu rayonların ərazisini azad etməkdir”, - Kreml nümayəndəsi deyib.
Qeyd edək ki, Rusiya Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini özünün “yeni əraziləri” hesab edir.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video