21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
BUTA.TV xəbər verir ki, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
“Qarabağ Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.
- Burdayam, hazırlıq gedir... - Gültəkin Hacıbəyli
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi