AB Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə AB-dən məlumat verilib.
Məlumata görə, sanksiya siyahısına Rusiya ədliyyə nazirinin müavini Vsevolod Vukolov, Rusiya Ali Məhkəməsi sədrinin birinci müavini Petr Serkov, Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurasının sədri Vladimir Zayçev, Federal Penitensiar Xidmət rəhbərinin birinci müavini Valeri Boyarinev, Moskva Federal Penitensiar Xidmətinin rəhbəri Sergey Moroz, Navalnının cəza çəkdiyi koloniyaların rəisləri və müavinləri, habelə onların əməkdaşları, o cümlədən İK-6 cəzaçəkmə koloniyasının həkimi daxildir.
Qeyd edək ki, 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölüb.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video