“Krokus” teraktı: Lukaşenko Putinə zəng etdi

23:10 - 22 Mart 2024 - GÜNDƏM

 “Krokus” teraktı: Lukaşenko Putinə zəng etdi

Belarus lideri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinə “Krokus Siti Holl”da baş verən faciə ilə bağlı başsağlığı verib.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, “Krokus Siti Holl”da baş verən atışma nəticəsində qeyri-rəsmi mənbələrə görə, 130 nəfər ölüb, yüzlərlə yaralı var. Hadisəni törədənlərdən 4-nün maskalanaraq, kompleksi tərk etdiyi ehtimal edilir.

Hazırda “Krokus Siti Holl”da partlayışdan sonrakı güclü yanğın davam edir.

Kompleks azərbaycanlı sahibkar Ağalarova məxsusdur. Azərbaycanın xalq artisti Emin Ağalarov hadisə yerindədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol