Rusiyada “Krokus Siti Holl”da törədilən terror aktı zamanı müğənni Ayaz Babayev də orda olub.
BUTA.TV xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat yayıb:
“Hamı narahatdır. Lakin çox şükür, bizdə salamatçılıqdır. Həqiqətən, pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxartdılar. Bizim maşınımız orada qalmışdı, ona görə yenidən qayıtmalı olduq. Həyatımın şokunu yaşadım. Həqiqətən də dəhşətli hadisə idi”, - müğənni bildirib.
Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video