Kəmaləddin Heydərov rusiyalı həmkarına məktub göndərdi

12:22 - 23 Mart 2024 - GÜNDƏM

 Kəmaləddin Heydərov rusiyalı həmkarına məktub göndərdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Moskvadakı “Krokus Siti Holl”da törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və ağır fəsadlarla əlaqədar Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkova başsağlığı məktubu göndərib.

BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Nazir həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol