Teraktda saxlanılanlardan birinin peşəsi təəccübləndirdi - Video

18:18 - 23 Mart 2024 - GÜNDƏM

 Teraktda saxlanılanlardan birinin peşəsi təəccübləndirdi - Video

Moskva vilayətində yerləşən “Krokus Siti Holl” konsert kompleksində terror hücumu ilə əlaqədar saxlanılan şübhəlilərdən biri, 19 yaşlı Muxammadsobir Fayzov İvanovo şəhərində tanınmış bərbər olub.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fayzovu şəxsən tanıyanlar xəbər veriblər.

Bildirilir ki, o, bahalı salonlarda işləyib və müştərilər arasında populyar olub. O qədər yaxşı usta olub ki, o iş yerini dəyişdikcə müştəriləri də onun ardınca gediblər.

Fayzovun hansı məqamda və niyə cinayət yolunu seçdiyi bəlli deyil.

Qeyd edək ki, o, Bryansk vilayətində “Renault Simbol” ilə polis təqibindən qaçmağa çalışarkən yaralı halda saxlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol