Teraktda ölənlərin ilkin siyahısı açıqlandı - Foto

19:12 - 23 Mart 2024 - GÜNDƏM

 Teraktda ölənlərin ilkin siyahısı açıqlandı - Foto

Moskvadakı “Krokus Siti Holl” kompleksində baş verən terror aktı nəticəsində ölənlərin ilkin siyahısı açıqlanıb.

BUTA.TV xəbər verir ki, siyahını Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.

Həlak olanlardan 13-nün kimliyi müəyyənləşdirilib və adı siyahıya salınıb.

Siyahıda 1983-cü il təvəllüdlü Vüqar Fuad oğlu Hüseynov adlı azərbaycanlı da var.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatına görə, V.Hüseynovun Rusiya vətəndaşı olduğu ehtimal edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol