Terror aktı nəticəsində “Krokus Siti Holl”a dəyən zərərin məbləği 11,4 milyard rubla çata bilər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, təxmini məbləği Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Marat Manasyan açıqlayıb.
"İlkin hesablamalara görə, terror aktı zamanı “Krokus”a dəymiş ziyan hər kvadratmetr üçün 250-300 min rubl təşkil edir. Konsert zalının sahəsi 38 min kvadratmetrdir. Beləliklə, zərər 9,5-11,4 milyard rubla çata bilər" - Manasyan bildirib.
Manasyan “Krokus”un mükəmməl təchiz olunduğunu və paytaxtın ən yaxşı konsert məkanlarından biri olduğunu vurğulayıb.
O, paralel idxal vasitəsilə Rusiyaya çoxlu avadanlıq idxal edilməli olduğunu qeyd edib.
"Həmçinin zədələnmiş konsert avadanlığının bərpası tələb olunacaq".
Ekspertlərin proqnozlarına görə, bərpa ən azı on ay çəkəcək. Amma bərpa işləri konstruksiyaya və əsas yükdaşıyıcı elementlərə heç bir ziyan aşkar edilmədikdə başlanacaq.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video