“Krokus Siti Holl”da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar.
BUTA.TV xəbər verir ki, bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan uşağının anası məlumat verib.
Qadın bildirib ki, terrorçular ağ rəngli “Renolt” markalı avtomobildə olublar.
“Övladımızın vəziyyəti stabildir, hazırda reanimasiyada müalicə olunur. Uşaq kəllə-beyin travması alıb, körpücük sümüyü və bud sümüyü sınıb”, - qadın bildirib.
Qadın əlavə edib ki, avtomobili idarə edən şəxs maşını qəsdən elə idarə edib ki, uşağa xəsarət yetirsin.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video