İki ölkə Rusiyaya görə matəm elan etdi

23:04 - 23 Mart 2024 - GÜNDƏM

 İki ölkə Rusiyaya görə matəm elan etdi

Rusiya xalqı ilə həmrəylik əlaməti olaraq Nikaraqua və Serb Respublikası (Bosniya və Herseqovinanın subyekti – red.) martın 24-ü matəm günü elan edib.

BUTA.TV xəbər verir ki, Serb Respublikasının Prezidenti Milorad Dodik Rusiya ilə həmrəylik əlaməti olaraq martın 24-nün matəm günü elan edildiyini bildirib.

Nikaraquada müvafiq qərarı ölkə Prezidenti Daniel Orteqa imzalayıb.

Qeyd edək ki, Moskvada yerləşən “Krokus Siti Holl”da 22 martda baş verən terror hadisəsi nəticəsində 133 nəfər (qeyri-rəsmi mənbələrə görə 150 nəfər) ölüb, 140 nəfər yaralanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol