Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib.
Yüksək sürətlə hərəkət edən "Mersedes" markalı minik avtomobili idarəetməni itirərib və yoldan çıxaraq aşıb. Nəticədə Şərur rayon Aralıq kənd sakinləri, 1953-cü il təvəllüdlü Həsənova Gülnaz Qələndər qızı, 1970-ci il təvəllüdlü Rzayev Pünhan Həsənov oğlu və 1987-ci il təvəllüdlü Həsənova Səyyarə Hidayət qızı xəsarət alıblar.
Xəsarət alanlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. P.Rzayevin vəziyyəti ağır, digər iki sərnişinin vəziyyəti isə orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video