Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonu “Krokus Siti Holl” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı elan olunan matəm səbəbindən Novruz bayramı şənliyi ləğv edilib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bayram tədbirləri iki gün nəzərdə tutulsa da, həmrəylik əlaməti olaraq bütün əyləncə proqramları, tamaşalar və gənc ifaçıların bayram konserti təxirə salınıb.
Qeyd edək ki, bayram tədbirləri martın 22-də start götürüb.
Novruz bayramı “Azərbaycan” pavilyonunda uzun illərdir qeyd olunur.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video