Azərbaycan millisi layiqli qələbə qazandı.
BUTA.TV xəbər verir ki, bunu Bolqarıstan millisinin baş məşqçisi İlian İliyev “FIFA Series - Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
“Azərbaycanın Monqolustan millisi ilə oyununu izləmək üçün imkanım olmadı. Yalnız sonradan matçın fraqmentlərini izləyə bildik. Amma onlar dominant oyun sərgiləyərək layiqli qələbə qazandılar”.
Qeyd edək ki, Azərbaycan millisi “FIFA series - Edition 2024” turnirində martın 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video