İsrail Livanın cənubunu yenə vurdu

22:14 - 24 Mart 2024 - GÜNDƏM

 İsrail Livanın cənubunu yenə vurdu

İsrail hərbçiləri ölkənin şimal hissəsinin atəşə tutulmasına cavab olaraq Livanın ərazisinə yeni zərbələr endiriblər.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, gün ərzində İsrailin şimalındakı Ştula və Rexes-Ramim yaşayış məntəqələri istiqamətində ən azı 3 tank əleyhinə raket atışı qeydə alınıb.

"İsrail ordusu təhlükəni aradan qaldırmaq üçün buraxılış mənbələrinə, eləcə də Livandakı əlavə ərazilərə zərbələr endirib", - deyə bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol