Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Elcan Emin oğlu Bağırovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
- Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!
- Fransanın Bakıya göndərdiyi səfir barədə - Yeni detallar
- Nazirlik araşdırmaya başladı: şok faktlar - VİDEO
- Müharibədən sonra ölkəmizə gələn ukraynalıların sayı...
- Müğənni Rəqsanənin həbsinə dair iddialar: Aysun son nöqtəni qoydu
- “Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmağa cəsarət etməz” - Tofiq Zülfüqarov
- 15 yaşlı oğlanın qətli: 10 manata görə...
- Sabah 18 kənddə qaz olmayacaq