Ukrayna Prezidenti Vladimir Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes arasında telefon danışığı olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti bildirib.
Zelenski İspaniya hökumətinə Kiyevə davamlı dəstəyə və Ramşteyn formatında iclasın yekunlarına dair qəbul edilmiş son qərarlara, xüsusən də güclü müdafiə paketinin təsdiqinə görə təşəkkür edib.
Zelenski həmsöhbətinə döyüş meydanındakı vəziyyət, Rusiyanın Ukraynanın enerji infrastrukturuna son kütləvi hücumları və Ukraynanın bir sıra regionlarında yaranmış ağır vəziyyət barədə məlumat verib. Bu kontekstdə tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, xüsusən də səmanı Rusiyanın hava hücumlarından qorumaq üçün Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Zelenski İspaniyanın Ukrayna sülh formulasının həyata keçirilməsində fəal iştirakını qeyd edib. Liderlər ilk Sülh Sammitinə hazırlıq kontekstində gələcək qarşılıqlı fəaliyyət, həmçinin Qlobal Cənub ölkələri ilə birgə iş barədə razılığa gəliblər.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video