“Krokus”dakı terror aktı SSRİ NKVD-nin 4-cü İdarəsi kimi xaricdə terrorçuların və terror aktları təşkilatçılarının məhv edilməsi ilə məşğul olacaq xüsusi təhlükəsizlik strukturunun yaradılmasının mümkünlüyünü göstərir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko yerli mediaya açıqlamasında deyib.
"Rusiya Prezidenti Vladimir Putin çıxışında bildirib ki, “Krokus”da terror aktına görə məsuliyyət daşıyanların hamısı tapılıb cəzalandırılacaq. Ukrayna izinin göstərildiyini nəzərə alsaq, bu cinayəti planlaşdıranları müəyyən etmək olar. Ancaq təkcə Ukraynada deyil, digər xarici ölkələrdə də terror təşkilatçılarının cəzalandırılması üçün general Pavel Sudoplatovun rəhbərlik etdiyi SSRİ NKVD-nin 4-cü İdarəsinə bənzər bölmənin yaradılmasının məqsədəuyğunluğu məsələsi aktuallaşır”, - Korotçenko bildirib.
O xatırladıb ki, bu struktur xaricdə sovet vətəndaşlarına qarşı təxribat və terror aktları törətmiş şəxslərin ləğvi ilə məşğul olub.
Analitik qeyd edib ki, oxşar praktika ABŞ-da da mövcuddur, burada ABŞ prezidentinin icazə verdiyi cavab əməliyyatları terrorçulara və Amerika dövlətinin düşməni kimi tanınan şəxslərə qarşı həyata keçirilir:
“Oxşar əməliyyatlar İsrail kəşfiyyat orqanlarında da geniş yayılıb”.
- Məhərrəmlik nə vaxt bitir?
- “Özü polisə xəbər verib ki, bacım itib” - Şəmkirdəki qətlin detalları+Video
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video